AZ

Bakının bəzi küçələrində qısamüddətli təmir işləri aparılacaq » AzadMedia.az


Bayram tətili günlərində Bakının bəzi ərazilərində qısamüddətli təmir işləri icra olunacaq.

Qarşıdan gələn bayram tətili günlərində Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkət intensivliyinin azalması səbəbindən aparılacaq cari təmir işləri çərçivəsində 2 yanvar saat 00:00-dan dan etibarən Xətai prospekti ilə Əbdüləzəl Dəmirçizadə küçələrinin kəsişməsindən Heydər Əliyev prospektinin başlanğıcına kimi olan hissədə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq (yol bağlanmır).

Məlumata görə, hərəkətin məhdudlaşdırılması işlər bitənədək, qısa müddət ərzində qüvvədə olacaq.
Seçilən
39
18
azadmedia.az

10Mənbələr