AZ

Həmin yol tam bağlanır - Təmir olunacaq

Qarşıdan gələn bayram tətili günlərində Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkət intensivliyinin azalması fürsətindən yararlanaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən aparılacaq cari təmir işləri çərçivəsində 2 yanvar saat 00:00-dan dan etibarən Xətai prospekti ilə Əbdüləzəl Dəmirçizadə küçələrinin kəsişməsindən Heydər Əliyev prospektinin başlanğıcına kimi olan hissədə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Ölkə.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilir ki, hərəkətin məhdudlaşdırılması işlər bitənədək, qısa müddət ərzində qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifafə etmələri xahiş olunur.

Seçilən
57
3
olke.az

10Mənbələr