AZ

Azərbaycanda elektrik enerjisi və təbii qaz tarifləri dəyişdi

Azərbaycanda elektrik enerjisi və təbii qaz tarifləri sabitləşib.

Publika.az xəbər verir ki, bununla bağlı Tarif (Qiymət) Şurası qərar qəbul edib.

Məlumata görə, Elektrik enerjisi və təbii qaz üzrə sabit tariflər müəyyənləşdirilib.

"Elektroenergetika haqqında" və 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minən yeni "Qaz təchizatı haqqında" qanunlara əsasən, istehlak səviyyəsindən asılı olmadan sabit xarakterli xərclərin istehlakçılar arasında balanslı şəkildə bölüşdürülməsi məqsədilə sabit tarif müəyyənləşdirilmişdir. Qeyd edək ki, elektrik enerjisi və təbii qaz təchizatında abonentlərdən hər ay sabit ödənişlərin alınması bir çox ölkələrdə tətbiq olunur. Beynəlxalq təcrübədə sabit ödənişlərin tətbiqi istehlakçının istifadə etdiyi elektrik enerjisi və təbii qazın miqdarından asılı olmayaraq, infrastrukturun saxlanması, xidmətlərin göstərilməsi və digər əməliyyat xərclərinin qarşılanmasında mühüm əhəmiyyət kəsb edir.

Seçilən
91
22
publika.az

8Mənbələr