AZ

İstifadə edilmədiyi halda gedişhaqqı kartının balansı azalır - SƏBƏB?

Yazını böyüt
Yazını kiçilt

Metro və avtobusdan istifadə etmədiyi halda kart balansından gediş haqqının çıxıldığını iddia edən vətəndaşla bağlı "K Group" MMC ("Bakı Kart") açıqlama verib.

Hafta.az xəbər verir ki, qurumdan bildirilib ki, "Bakı Kart" tərəfindən tətbiq edilən ödəniş sistemi həm "birdəfəlik keçid imkanı", həm də "Delayed Authorization" (Gecikdirilmiş avtorizasiya) prinsiplərini əhatə edir.

"Birdəfəlik keçid" funksiyası sayəsində kart balansı müvəqqəti kifayət etmədiyi hallarda belə sərnişin ictimai nəqliyyat vasitəsindən istifadə edə bilər. Balans bərpa olunduqda ödəniş avtomatik tutulur. Əlavə olaraq qeyd edək ki, bu funksiya ödəniş əməliyyatlarının çevik şəkildə, bir saniyənin altında aparılmasını təmin edir. Gecikdirilmiş avtorizasiya isə ödəniş əməliyyatlarının texniki səbəblərdən sonradan rəsmiləşdirilməsinə imkan verir", - qeyd edilib. /oxu.az/

Məlumatda əlavə olunub ki, bu mexanizmlər hər hansı texniki nasazlıq və ya əsassız vəsait silinməsi ilə bağlı deyil, sistemin işləmə prinsiplərindən irəli gəlir:

"Məqsəd sərnişinlərin rahatlığını təmin etmək və ödəniş prosesinin fasiləsizliyini qorumaqdır.

Ödənişlərlə bağlı sual yarandığı halda vətəndaşlar bank kartının emitenti ilə yanaşı, "Bakı Kart"a rəsmi şəkildə müraciət edərək əməliyyatlar barədə ətraflı məlumat əldə edə bilərlər.

Əlaqə üçün qısa nömrə: *4343, şəhər nömrəsi: +994 12 404 14 21

Seçilən
28
6
hafta.az

8Mənbələr