Bakı.Trend:
BakıKart tərəfindən tətbiq edilən ödəniş sistemi həm “birdəfəlik keçid imkanı”, həm də “Delayed Authorization”(Gecikdirilmiş avtorizasiya) prinsiplərini əhatə edir. “Bir dəfəlikkeçid” funksiyası sayəsində kart balansı müvəqqəti kifayət etmədiyihallarda belə sərnişin ictimai nəqliyyat vasitəsindən istifadə edəbilər; balans bərpa olunduqda ödəniş avtomatik tutulur.
Bu barədə Trend-in sorğusuna cavab olaraq "K Group Bakıkart"danbildirilib.
Qeyde edilib ki, bu funksiya ödəniş əməliyyatlarının çevikşəkildə, 1 saniyənin altında aparılmasını təmin edir.
"Gecikdirilmiş avtorizasiya isə ödəniş əməliyyatlarının texnikisəbəblərdən sonradan rəsmiləşdirilməsinə imkan verir.
Qeyd edirik ki, bu mexanizmlər hər hansı texniki nasazlıq və yaəsassız vəsait silinməsi ilə bağlı deyil, sistemin işləməprinsiplərindən irəli gəlir. Məqsəd sərnişinlərin rahatlığını təminetmək və ödəniş prosesinin fasiləsizliyini qorumaqdır.
Ödənişlərlə bağlı sual yarandığı halda vətəndaşlar bank kartınınemitenti ilə yanaşı, BakıKart-a rəsmi şəkildə müraciət edərəkəməliyyatlar barədə ətraflı məlumat əldə edə bilərlər",- "K GroupBakıkart"dan əlavə olunub.