AZ

“Kəlbəcər” tankerinin lövbər zəncirinin “Alatepe” tankerinin pərinə ilişməsi ilə bağlı aparılan tədbirlər uğurla yekunlaşıb - Yenilənib

İstanbulda Kiçikçəkməcə lövbər rayonunda əlverişsiz hava şəraiti səbəbindən “Kəlbəcər” tankerinin lövbər zəncirinin “Alatepe” tankerinin pərinə ilişməsi ilə bağlı aparılan tədbirlər uğurla yekunlaşıb...

ASCO-dan APA-ya verilən xəbərə görə, əməliyyat zamanı kənar xilasetmə qüvvələrinin müdaxiləsinə ehtiyac yaranmayıb. Belə ki, “Kəlbəcər” tankerinin heyəti mühərriki işə salaraq, gəmini dayaz sudan çıxarıb və dərin suya təhlükəsiz şəkildə keçid edib.

Hadisə nəticəsində gəmiyə ziyan dəyməyib, dəniz mühitinə hər hansı zərər və ya sızma qeydə alınmayıb.

Hazırda “Kəlbəcər” tankeri istismara tam hazırdır və növbəti səfər üçün təlimat gözləyir.

***

İstanbulun Florya sahillərində Kiçikçəkməcə lövbər rayonunda müşahidə olunan küləkli hava şəraiti səbəbindən “Kəlbəcər” tankerinin lövbər zənciri yaxınlıqdakı Türkiyə bayraqlı “Alatepe” tankerinin pərinə ilişib.

ASCO-dan APA-ya verilən xəbərə görə, hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib.

Mövcud təlimata uyğun olaraq, liman müfəttişliyinin heyəti əraziyə cəlb olunub.

Hazırda xidmət əməkdaşları tərəfindən hər iki gəmidə müvafiq texniki işlər aparılır və lövbər zəncirinin təhlükəsiz şəkildə buraxılması istiqamətində tədbirlər davam etdirilir.

Hadisə zamanı gəmidə yük olmayıb.

Vəziyyət nəzarət altındadır, heyətin təhlükəsizliyi ilə bağlı hər hansı narahatlıq yoxdur.

Xilasetmə işlərinin gedişatı ilə bağlı ətraflı məlumat veriləcək.

***

İstanbulun Florya sahillərində Kiçikçəkməcə lövbər rayonunda müşahidə olunan küləkli hava şəraiti səbəbindən “Kəlbəcər” tankerinin lövbər zənciri yaxınlıqdakı Türkiyə bayraqlı “Alatepe” tankerinin pərinə ilişib.

Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib. Mövcud təlimata uyğun olaraq, liman müfəttişliyinin heyəti əraziyə cəlb olunub.

Hazırda xidmət əməkdaşları tərəfindən hər iki gəmidə müvafiq texniki işlər aparılır və lövbər zəncirinin təhlükəsiz şəkildə buraxılması istiqamətində tədbirlər davam etdirilir.

Hadisə zamanı gəmidə yük olmayıb.

Vəziyyət nəzarət altındadır, heyətin təhlükəsizliyi ilə bağlı hər hansı narahatlıq yoxdur.

Xilasetmə işlərinin gedişatı ilə bağlı ətraflı məlumat veriləcək.

***

İstanbulun Florya sahillərində biri Azərbaycan, digəri isə Türkiyə bayrağı altında üzən iki tankerdən “həyəcan siqnalı” alınıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, hadisə yerinə xilasetmə qrupları cəlb edilib.

Poliqon.info

Seçilən
36
8
poliqon.info

10Mənbələr