AZ

ASCO: “Kəlbəcər” tankeri istismara tam hazırdır və növbəti səfər üçün təlimat gözləyir - FOTO+ VİDEO - YENİLƏNİB

ASCO:
İstanbulda Kiçikçəkməcə lövbər rayonunda əlverişsiz hava şəraiti səbəbindən "Kəlbəcər" tankerinin lövbər zəncirinin "Alatepe" tankerinin pərinə ilişməsi ilə bağlı aparılan tədbirlər uğurla yekunlaşıb. Bu barədə 1news.az-a Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən (ASCO) məlumat verilib.
Bildirilib ki, əməliyyat zamanı kənar xilasetmə qüvvələrinin müdaxiləsinə ehtiyac yaranmayıb. Belə ki, "Kəlbəcər" tankerinin heyəti mühərriki işə salaraq, gəmini dayaz sudan çıxarıb və dərin suya təhlükəsiz şəkildə keçid edib. Hadisə nəticəsində gəmiyə ziyan dəyməyib, dəniz mühitinə hər hansı zərər və ya sızma qeydə alınmayıb. Hazırda "Kəlbəcər" tankeri istismara tam hazırdır və növbəti səfər üçün təlimat gözləyir. VİDEO *** 14:18 İstanbulun Florya sahillərində Kiçikçəkməcə lövbər rayonunda müşahidə olunan küləkli hava şəraiti səbəbindən “Kəlbəcər” tankerinin lövbər zənciri yaxınlıqdakı Türkiyə bayraqlı “Alatepe” tankerinin pərinə ilişib. ASCO-dan 1news.az-a verilən xəbərə görə, hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib.
Mövcud təlimata uyğun olaraq, liman müfəttişliyinin heyəti əraziyə cəlb olunub. Hazırda xidmət əməkdaşları tərəfindən hər iki gəmidə müvafiq texniki işlər aparılır və lövbər zəncirinin təhlükəsiz şəkildə buraxılması istiqamətində tədbirlər davam etdirilir. Hadisə zamanı gəmidə yük olmayıb. Vəziyyət nəzarət altındadır, heyətin təhlükəsizliyi ilə bağlı hər hansı narahatlıq yoxdur. Xilasetmə işlərinin gedişatı ilə bağlı ətraflı məlumat veriləcək. *** Saat 13:52 İstanbulun Florya sahillərində “həyəcan siqnalı” alınıb. Azərbaycan və Türkiyə bayrağı altında üzən iki tanker arasında təmas baş verib.

1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb. Nazirlik hadisə yerinə xilasetmə qruplarının göndərildiyini açıqlayıb. Hazırda ərazidə təxliyə işləri davam etdirilir.

Seçilən
40
8
1news.az

10Mənbələr