AZ

Məşhur futbolçu karyerasını bitirdi

Bosniya və Herseqovina millisinin yarımmüdafiəçisi Miralem Pyaniç 35 yaşında peşəkar futbolçu karyerasını başa vurmaq qərarına gəlib.

Publika.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira futbolçuya istinadən istinadən məlumat yayıb:

“Mən artıq oynamayacağam. Karyeramı bitirdim. Hazırda Dubayda yaşayıram və artıq futbolçu deyiləm, balaca oğlum üçün bir atayam. O, mənim əsas prioritetimdir”.

Pyaniçin son klubu Moskva ÇSKA-sı olub. O, 2024/25 mövsümünü Rusiya klubunda keçirib.

Bosniyalı yarımmüdafiəçi karyerası ərzində “Roma”, “Yuventus”, “Lion”, “Şarja”, “Mets”, “Barselona” və “Beşiktaş”ın da formasını geyinib. Onun hesabında 666 oyun, 77 qol və 132 məhsuldar ötürmə var.

Seçilən
171
50
publika.az

10Mənbələr