AZ

Məşhur məşqçinin ürəyində problem yarandı

Rumıniya millisinin baş məşqçisi Mirça Luçeskunun səhhətində problemlər yaranıb.

Publika.az xəbər verir ki, bu barədə “Fanatik” məlumat yayıb, “OLAZO.ro” isə detalları əlavə edib.

Titullu məşqçinin ürək problemlərindən əziyyət çəkdiyi bildirilir. Vəziyyəti ilə əlaqədar olaraq, o, Antalyaya səfərini təxirə salıb. Orada 5 yanvarda başlaması planlaşdırılan Rumıniya klublarının təlim-məşq toplanışına nəzarət etməli idi.

Lakin “Fanatik” daha sonra əlavə edib ki, Luçeskunun vəziyyəti yaxşılaşıb və çox güman ki, 9 yanvar cümə günü FCSB (Styaua) ilə “Beşiktaş” arasında keçiriləcək oyun üçün Antalyaya gələxək.

Seçilən
131
50
publika.az

10Mənbələr