AZ

Ucarda 14 nəfərzəhərləndi

Dekabrın 30-da saat 11:00 radələrindən etibarən zəhərlənmə şübhəsilə 14 nəfər (3 kişi, 11 qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, bu barədə Ucar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

"Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb", məlumatda deyilir.

Seçilən
127
11
redaktor.az

10Mənbələr