Dekabrın 30-da saat 11:00-dan etibarən zəhərlənmə şübhəsi ilə 14 nəfər Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
APA-nın məlumatına görə, hospitalizasiya edilənlər 3 kişi və 11 qadın olub. Xəstəxana bildirib ki, pasiyentlərə zəruri tibbi xidmət göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən hamısı ambulator müalicə üçün evə buraxılıb.