AZ

Seneqalla Nigeriya Afrika Millətlər Kubokunda qrup birincisi oldu – ARENA.AZ

Mərakeşdə təşkil edilmiş Afrika Millətlər Kubokunda (2025) ötən gün qrup mərhələsinin sonuncu – 3-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, qitə birinciliyinin növbəti oyun günündə də 4 qarşılaşma baş tutub.

C qrupunda Tanzaniya – Tunis matçı bərabərliklə başa çatıb. Uqanda ilə qarşılaşmış Nigeriya isə növbəti qələbəsini qazanmaqla maksimum nəticəylə qrup birincisi olub. Nigeriya ilə yanaşı, 4 xala malik Tunis də pley-offa yüksəlib.

D qrupunda Seneqal yığması Beninə, Konqo Demokratik Respublikası millisi isə Botsvanaya 3 cavabsız qolla qalib gəlib. Beləliklə, Seneqal və Konqo DR yığmaları pley-offa vəsiqəni təmin ediblər.

Bu gün baş tutmuş oyunlarda Azərbaycanda çıxış edən bəzi oyunçular da iştirak ediblər. Belə ki, “Sumqayıt”ın beninli müdafiəçisi Abdul Raşid Mumini Seneqal yığması ilə görüşün iştirakçısı olub. O, 85-ci dəqiqədə meydana çıxıb, 90+4-cü dəqiqədə sarı vərəqə alıb. “Neftçi”nin beninli yarımmüdafiəçisi Sessi De Almeyda isə zədəli olduğu üçün qrup mərhələsinin sonuncu matçında iştirak edə bilməyib. 3 xalla qrup üçüncüsü olmuş Benin yığmasının pley-offa vəsiqə qazanıb-qazanmayacağı qrup mərhələsi bitəndən sonra dəqiqləşəcək.

“Şamaxı”nın legioneri Alfons Msanqa da Tanzaniya yığmasının Tunisə qarşı oyununda iştirak edib. O, 90 dəqiqə meydanda olub və komandasının pley-offa vəsiqə qazanmasına sevinib.

Qeyd edək ki, Afrika Millətlər Kubokunda mübarizəyə yanvarın 18-də keçiriləcək final oyunu ilə yekun vurulacaq.

Afrika Millətlər Kuboku
30 dekabr

C qrupu

Tanzaniya – Tunis 1:1
Qollar: Salum, 48 – Qarbi, 43-pen.

Uqanda – Nigeriya 1:3
Qollar: Mato, 75 – Onuaçu, 28. Onyedika, 62; 67.

Xallar: Nigeriya – 9. Tunis – 4. Tanzaniya – 2. Uqanda – 1.

D qrupu

Benin – Seneqal 0:3
Qollar: Sek, 38. H.Diallo, 62. Ndiaye, 90+7-pen.

Botsvana – Konqo Demokratik Respublikası 0:3
Qollar: Mbuku, 31. Kakuta, 41-pen; 60.

Xallar: Seneqal – 7. Konqo DR – 7. Benin – 3. Botsvana – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
59
6
arena.az

10Mənbələr