AZ

Romario: “Endrikin “Real”da bəxti gətirmədi” – ARENA.AZ

Braziliyalı veteran futbolçu Romario “Real”ın mərkəz hücumçusu Endrikin icarə müqaviləsi əsasında Lion “Olimpik”inə keçidini şərh edib.

Arena.az keçmiş hücumçunun 19 yaşlı braziliyalı futbolçu barədə müvafiq açıqlamasını təqdim edir:

“Endrik ən yaxşı braziliyalı hücumçulardandır. Onun Madriddə sadəcə bəxti gətirməyib. Endrik yaxşı futbolçudur. O, qollar vurmağı bacarır. Bunun üçün bütün imkanlara malikdir. Ümid edək ki, Lionda Endrikin işləri alınacaq”, deyə Romario vurğulayıb.

Endrik “Palmeyras”ın yetirməsidir. “Real” braziliyalı hücumçunu 2024-cü ilin iyul ayında 47,5 milyon avro məbləğ müqabilində “Palmeyras”dan tamhüquqlu əsasda “qaymaqlılar”ın heyətinə qatıb.
Braziliyalı futbolçunun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Endrik cari mövsümdə “Real”la cəmi 3 oyunda iştirak edib və 99 dəqiqə meydanda olub. O, “Real”ın heyətində ümumilikdə 40 oyuna 7 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Endrik 2022/2023-cü illər mövsümündə Braziliya A Seriyasının və 2023-cü il Braziliya Super Kubokunun qalibi olub, həmçinin 2021/2022-ci illər mövsümündə də “Palmeyras”la Braziliya çempionluğunu bayram edib.

Gənc futbolçu “Real”la da UEFA Super Kubokunun (2024/2025) və FIFA Qitələrarası Kubokun (2023/2024) qalibi olub.

Endrik 2023-cü ilin noyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 14 oyun keçirib və 3 qol vurub.

“Transfermarkt” internet-portalı 19 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
25
5
arena.az

10Mənbələr