Zərdabda yol qəzası olub, xəsarət alanlar var.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Kürdəmir-Zərdab avtomobil yolunun Zərdab rayonunun Qaravəlli kəndindən keçən hissəsində baş verib.
iki minik maşınının toqquşması nəticəsində xəsarət alanlar Zərdab rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.