Zərdabda yol qəzası olub, xəsarət alanlar var. Avtosfer.az-ın xəbərinə görə, hadisə Kürdəmir-Zərdab avtomobil yolunun Zərdab rayonunun Qaravəlli kəndindən keçən hissəsində baş verib. İki minik maşınının toqquşması nəticəsində 8 nəfər xəsarət alıb. Xəsarət alanlar Zərdab rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


