AZ

“Rusiya Ukraynanın şəhərlərinə daha çox zərər vurmağa çalışacaq”

ain.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

“Ukraynanın xarici işlər naziri Andriy Sibiqa yayımladığı bəyanatda ölkəsinin Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına hücum etmədiyini və Kremlin dezinformasiya yaydığını bildirib. “Belə bir hücum baş verməyib” deyən Sibiqa Kremlin “Putinin iqamətgahına hücumla” bağlı heç bir inandırıcı dəlil təqdim etmədiyini vurğulayıb. Ukrayna xarici işlər naziri bir sıra ölkənin əslində baş verməmiş hücumla bağlı narahatlıqlarını ifadə edən açıqlamalarının Kiyevi məyus etdiyini söyləyib”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Politoloq deyib ki, bu Kremlin yeni taktikasıdır: 

“Rusiya hakimiyyəti baş verməyən hücumla bağlı dezinformasiya yaymaqla həm danışıqlar prosesini pozmaq, həm də beynəlxalq aləmdə Ukraynanı nüfuzdan salmağa çalışır. Putin buna görə müxtəlif dövlət liderlərinə zəng edib. Halbuki, bu ilin sentyabrın 7-də Rusiya raketlə Ukraynanın hökuməti binasına zərbələr endirmişdi və ortada dağıntını əks etdirən dəlillər mövcud idi. Bundan sonra nə olacaq? Birincisi, Rusiya Ukraynanın şəhərlərinə daha çox zərər vurmağa çalışacaq. İkincisi, Rusiya Vaşinqtonun hazırladığı və düzəlişlərə məruz qalan həll planını arxa plana atacaq. Putin hesab edir ki, Rusiya ordusu yaxın aylarda işğal zonasını genişləndirə biləcək və bu səbəbdən Ukrayna daha ağır şərtlərlə daxilində həll planını qəbul etmək məcburiyyətində qalacaq. Ancaq generalları Putinə yalan məlumat verirlər. Rusiya ordusu elan etdiyi şəhərləri işğal edə bilməyib və cəbhə bölgəsində ağır döyüşlər davam edir. Kreml artıq müqavilə əsasında müharibənin başlanğıcında olduğu kimi cəbhə bölgəsinə planlaşdırdığı qədər muzdlu göndərə bilmir. Buna baxmayaraq, Putin sülhə hazır deyil, ümumiyyətlə o özünü və ölkəsini elə bir tələyə salıb ki, Rusiyanı müharibə aparmadan təsəvvür edə bilmir. Rusiya siyasəti, iqtisadiyyatı və ordusu 4 ildir ki, müharibə şəraitində varlığını davam etdirir, bütün resurslar buna fokuslanıb, geri qayıdışın daha ağır çətinlikləri olacaq. Birinci Dünya müharibəsi də 4 il çəkdi və nəticədə Rusiya imperiyası çökdü”.

Vasif

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
34
adalet.az

10Mənbələr