AZ

Türkiyənin 48 vilayətində güclü qar səbəbindən məktəblərdə tətil elan edilib

Türkiyənin 48 vilayətində qeyri-sabit hava şəraiti səbəbindən məktəblərdə tətil elan edilib.

Missiya.Az Report-a  istinadən xəbər verir ki, bu barədə vilayət administrasiyaları məlumat yayıb.

Bundan başqa, Osmaniye, Sakarya, Kocaeli və Konya vilayətlərinin bir sıra ərazilərində, həmçinin İstanbulun Şişli, Sarıyer və Beykoz rayonlarında da yanvarın 2-si qeyri-dərs günüdür.

Qeyd edək ki, Türkiyədə güclü qar yağışı ölkəboyu bir sıra çətinliklərə yol açıb. Diyarbakır, Kastamonu və s. vilayətlərdə qar uçqunu barədə xəbərdarlıq edilib. Artvin vilayətində isə 6 çoban qar uçqunu altında qalıb. Onlardan üçü xilas edilib, ikisinin isə meyiti tapılıb. Üçüncü çobanın axtarışları havanın pisləşməsi səbəbindən təxirə salınıb.

Seçilən
70
7
missiya.az

8Mənbələr