AZ

Türkiyədə qar səbəbindən məktəblərdə tətil elan edilib

Ajans.az "Haberler.com" portalına istinadən xəbər verir ki, bu barədə vilayət administrasiyaları məlumat yayıb. Bundan başqa, Osmaniye, Sakarya, Kocaeli və Konya vilayətlərinin bir sıra ərazilərində, həmçinin İstanbulun Şişli, Sarıyer və Beykoz rayonlarında da yanvarın 2-si qeyri-dərs günüdür.

Qeyd edək ki, Türkiyədə güclü qar yağışı ölkəboyu bir sıra çətinliklərə yol açıb. Diyarbakır, Kastamonu və s. vilayətlərdə qar uçqunu barədə xəbərdarlıq edilib. Artvin vilayətində isə 6 çoban qar uçqunu altında qalıb. Onlardan üçü xilas edilib, ikisinin isə meyiti tapılıb. Üçüncü çobanın axtarışları havanın pisləşməsi səbəbindən təxirə salınıb.

Seçilən
65
7
Ajans.az

8Mənbələr