AZ

Qəza zamanı üzərinə məhəccər aşan 10 yaşlı Sərxanın vəziyyəti açıqlanıb

Bakının Səbail rayonunda, Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı səkidə olarkən üzərinə məhəccər və yol nişanı aşan uşağın durumu bəlli olub.

Bizim.Media xəbər verir ki, 2015-ci il təvəllüdlü Sərxan Hüseynli hazırda Mərkəzi Klinikada Pediatrik reanimasiya şöbəsində müalicə alır.

Məlumata əsasən, S.Hüseynlinin vəziyyəti orta ağır stabil olaraq dəyərləndirilir. (Oxu.az)

Bizim.Media

Seçilən
127
6
bizim.media

9Mənbələr