AZ

Ağır qəzada yaralanan 10 yaşlı Sərxanın vəziyyəti necədir?

Bakının Səbail rayonunda, Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı səkidə olarkən üzərinə məhəccər və yol nişanı aşan uşağın durumu bəlli olub.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, 2015-ci il təvəllüdlü Sərxan Hüseynli hazırda Mərkəzi Klinikada Pediatrik reanimasiya şöbəsində müalicə alır.

Məlumata əsasən, S.Hüseynlinin vəziyyəti orta ağır stabil olaraq dəyərləndirilir.

Seçilən
49
6
manset.az

9Mənbələr