AZ

İspaniyalı futbolçu 2026 cı ildə meydana çıxmaya bilər

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ-nin "Los-Anceles Qelaksi" klubunun ispaniyalı futbolçusu Riki Puç diz zədəsi səbəbindən 2026-cı ildə meydana çıxmaya bilər.

"Cebheinfo.az" xəbər verir ki, "Barselona"nın yetirməsi olan 26 yaşlı yarımmüdafiəçi diz əməliyyatı keçirəcək və bu da onun yeni təqvim ilində iştirakını şübhə altına alır.

Əməliyyatın onun əvvəllər zədə aldığı dizində aparılacağı bildirilir. O, sonuncu dəfə 2024-cü ilin dekabrında meydana çıxıb.

Qeyd edək ki, Riki Puç "Los-Anceles Qelaksi"yə 2022-ci ilin yayında "Barselona"dan qoşulub. Onun hazırkı klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin sonuna qədər nəzərdə tutulub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
82
3
cebheinfo.az

4Mənbələr