AZ

“Barselona”nın yetirməsi əməliyyat olundu: 2027-ci ildə oynaya biləcək

“Los-Anceles Qalaksi”nin yarımmüdafiəçisi Riki Puç ciddi diz problemləri səbəbindən 2026-cı ilin tamamını buraxacaq.

Publika.az xəbər verir ki, İspaniyalı futbolçu 2024-cü ilin sonunda MLS Kubokunun yarımfinal matçında sol dizinin ön çarpaz bağlarını zədələmişdi. Bu zədə səbəbindən Puç 2025-ci il ərzində meydançaya çıxmamışdı.

Kaliforniya təmsilçisi rəsmi açıqlama yayaraq 25 yaşlı yarımmüdafiəçinin təkrar cərrahi əməliyyat keçirdiyini bildirib. Klubun tibbi heyətinin proqnozuna görə, futbolçunun yaşıl meydanlara qayıdışı 2027-ci il mövsümünün əvvəlindən tez gözlənilmir.

Seçilən
94
3
publika.az

4Mənbələr