"Mançester Yunayted" klubu dekabr ayının yekunlarına əsasən komandanın ən yaxşı futbolçusunu müəyyənləşdirib.
QOL.az xəbər verir ki, klubdaxili səsvermənin qalibi gənc müdafiəçi Ayden Heven olub. 19 yaşlı futbolçu səsvermədə komanda yoldaşları Mateus Kunya və Senne Lammensi qabaqlayaraq bu ada layiq görülüb.
Heven dekabr ayı ərzində "qırmızı şeytanlar"ın keçirdiyi 6 oyunun hamısında start heyətdə meydana çıxıb və inamlı oyunu ilə seçilib.
Qeyd edək ki, Premyer Liqada 19 turdan sonra 6-cı pillədə qərarlaşan "Mançester Yunayted" növbəti oyununu bazar günü səfərdə "Lids"ə qarşı keçirəcək.
Xatırladaq ki, Ayden Heven 2025-ci ilin əvvəlində "Arsenal"dan "Mançester Yunayted"in heyətinə qoşulub.