Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Liverpul"un əfsanəsi Ceymi Karrager "Mançester Yunayted"in baş məşqçisi Ruben Amorimi sərt tənqid edib.
Fanat.Az xəbər verir ki, "Daily Mail" qəzeti Karragerdən belə sitat gətirib:
"O, dörd müdafiəçi mövqeyinə keçməklə irəliləyiş əldə etdiyini göstərməyə başlamışdı, amma "Vulverhempton"a qarşı beş müdafiəçi sisteminə qayıtdı və bu, komandanın bu mövsüm ən pis oyunlarından biri oldu.
O, kifayət qədər yaxşı məşqçi deyil. O , "Mançester Yunayted"in, ümumiyyətlə Premyer Liqanın çalışdırıcısı olmaq üçün kifayət qədər səriştəli mütəxəssis deyil.
Amorim bir vaxtlar bugünkü "Mançester Yunayted"in klub tarixinin ən pis komandası olduğunu bəyan edən bir adamdır... Və yenə də onu idarə edən odur".
Qeyd edək ki, 20 turda 31 xal toplayan MY hazırda İPL-in turnir cədvəlində 6-cı pillədə mövqe tutub.
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.