ABŞ prezidenti Donald Tramp hazırda Norveçdə olan müxalifət lideri Mariya Korina Maçadonun Venesuelada hakimiyyətə gəlməsini dəstəklədiyini bildirib.
Milli.Az xəbər verir ki, Tramp qeyd edib ki, Venesuelanın vitse-prezidenti (Delsi Rodriqes) olsa da, Maduronun keçirdiyi seçkilər "rüsvayçılıq" idi və o, bu idarəetməni qanuni hesab etmir.
Maduronun ələ keçirilməsinin dünyaya bir mesaj olduğunu deyən Tramp: "Bu, artıq kimsə tərəfindən itələnib-qaxılmayacağımıza dair bir siqnaldır" - ifadəsini işlədib.
Prezident ABŞ-nin hər il narkotik səbəbindən yüz minlərlə insan itirdiyini vurğulayaraq, Venesuela vasitəsilə həyata keçirilən bu qanunsuzluğa artıq icazə verməyəcəklərini bildirib.
Lalə Qüdrətova
Milli.Az