AZ

Tramp ümid etdiyi Nobel mükafatına görə Maçadonu dəstəkləməyib

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın müxalifət lideri Mariya Korina Maçadonun Venesuelanın müvəqqəti lideri vəzifəsinə namizədliyini rədd etməsi, onun ötən il Nobel Sülh Mükafatını qəbul etmək qərarı ilə əlaqələndirilir.

Bizimyol.info xəbər verir ki, bu barədə "Washington Post" qəzeti məlumat verib.

Ağ Evə yaxın iki mənbəyə istinadən verilən xəbərdə bildirilir ki, Maçadonun mükafatı aldıqdan sonra Trampı tərifləmək cəhdləri mükafatı açıq şəkildə istəyən və buna layiq olduğunu düşünən ABŞ prezidentini sakitləşdirmək üçün yetərli olmayıb.

Mənbələrdən biri: "Əgər o, imtina edib, "Mən bunu qəbul edə bilmərəm, çünki bu, Donald Trampa vrilməlidir, onun haqqıdır" desəydi, bu gün Venesuela prezidenti olardı", - deyə qeyd edib.

Mənbəyə görə, Maçadonun mükafatı qəbul etməsi "böyük bir səhv" idi. Əvəzində, Vaşinqton sələfini ələ keçirmək əməliyyatının "sionist çalarları" olduğunu deyən devrilmiş Nikolas Maduronun vitse-prezidenti, müvəqqəti prezident Delsi Rodrigez ilə əməkdaşlıq edir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
25
bizimyol.info

10Mənbələr