Turkstan.az saytına istinadən ain.az xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyi ABŞ tərəfindən ölkədən zorla çıxarıldığı iddia edilən Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşının statusu ilə bağlı dərhal aydınlıq gətirilməsini tələb edib.Turkustan.az xəbər verir ki, nazirlik ABŞ-ın Venesuelaya hücumu ilə bağlı ikinci açıqlama yayıb.Bəyanatda qeyd olunur ki, Moskva Venesuela prezidenti Maduro və həyat yoldaşının ABŞ-ın təcavüzkar hərəkətləri nəticəsində ölkədən zorla çıxarıldığı barədə məlumatlardan son dərəcə narahatdır və aşağıdakılar əlavə olunur:“Biz bu vəziyyətin dərhal aydınlaşdırılmasını tələb edirik. Əgər bu cür hərəkətlər həqiqətən baş veribsə, müstəqil dövlətin suverenliyinin qəbuledilməz şəkildə pozulması deməkdir və bu suverenliyə hörmət beynəlxalq hüququn fundamental prinsipidir.”
Aytən Yaşar/ Turkustan.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.