AZ

Hücumdan əvvəl Pentaqon ətrafında bu sifarişlər sürətlə artdı

Turkstan.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ-ın Venesuelada həyata keçirdiyi hərbi əməliyyatdan əvvəl Pentaqon ətrafındakı pizza restoranlarında gecə saatlarında sifarişlərin adi haldan xeyli artdığı bildirilirdi.

Turkustan.az xəbər verir ki, ABŞ-ın Venesuelaya hücumundan öncə Pentaqon yaxınlığında yerləşən pizza restoranlarında nəzərəçarpacaq izdiham müşahidə olunub. Sosial media istifadəçiləri bu artımı ABŞ-ın xaricdə apardığı hərbi və beynəlxalq əməliyyatlarla əlaqələndiriblər. Venesuelada baş verən partlayışlardan sonra isə Prezident Nikolas Maduro “xarici müdaxilə səbəbindən fövqəladə vəziyyət” elan edib.

Sosial şəbəkə istifadəçiləri uzun müddətdir ki, Pentaqon ətrafındakı restoranlarda pizza sifarişlərinin artmasını ABŞ-ın digər ölkələrdəki hərbi əməliyyatlarının göstəricisi kimi şərh edirlər. Bu fəaliyyəti izləyən və ABŞ-da yerləşən X şirkəti tərəfindən idarə olunan “Pentagon Pizza Report” adlı hesab Venesuelaya qarşı səhər saatlarında həyata keçirilən hücum zamanı Pentaqon ətrafındakı bir neçə pizza restoranında sıxlığın artdığını iddia edib.

Hesabatda həmçinin qeyd olunub ki, oxşar vəziyyət daha əvvəl — ABŞ-ın 22 iyunda İrana, İsrailin isə 13 iyunda İrana hücumu zamanı da Pentaqon ətrafında müşahidə edilib.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
90
9
icma.az

10Mənbələr