Pentaqon yaxınlığındakı pizza restoranlarında pizza sifarişlərinin sayında növbəti dəfə artım müşahidə olunub.
Publika.az xəbər verir ki, bu barədə "Pentagon Pizza Report" "X" sosial media hesabında məlumat yayıb.
"Pentaqon yaxınlığındakı bir neçə pizzaxana bu gün nahar üçün çox böyük müştəri axını ilə qarşılaşır", - deyə açıqlamada bildirilir.
Müşahidə yerli vaxtla saat 12:52-də (Bakı vaxtı ilə 21:52) aparılıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp etirazçıların öldürüləcəyi halında ABŞ-ın İrana sərt zərbə endirəcəyini bildirib.