ain.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə, içərisində turistlərin olduğu avtomobil hərəkətdə olarkən idarəetməni itirərək aşıb.
Doğru.az xəbər verir ki, hadisə nəticəsində avtomobildə olan şəxslər müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb, onlara ilkin tibbi yardım göstərilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır, qəzanın səbəbləri dəqiqləşdirilir.
DOĞRU.AZ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.