AZ

Bakı–Şamaxı yolunda ağır qəza: xəsarət alanlar var – VİDEO

Bakı–Şamaxı avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, qəza Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan avtomobil naməlum səbəbdən idarəetməni itirərək yoldan çıxıb və aşıb. Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarət alanların olduğu bildirilir.

Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Onların vəziyyəti barədə hələlik rəsmi açıqlama verilməyib.

Qəza ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

 

 

Seçilən
37
50
nocomment.az

10Mənbələr