Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Kod adı "Mütləq qətiyyət" (Operation Absolute Resolve) olan Nikolas Maduronun və onun arvadının ələ keçirilməsi əməliyyatı bir neçə ay ərzində planlaşdırılıb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn deyib.
O bildirib ki, missiya gizli və dəqiq idi, onun qaranlıqda icrası isə uzun planlaşdırma prosesinin, eləcə də çoxsaylı məşqlərin kulminasiya nöqtəsi olub.
Keyn vurğulayıb ki, qurumlararası iş əməliyyatın özündən çox əvvəl başlayıb, mürəkkəb hava, quru, kosmos və dəniz əməliyyatlarını birləşdirən onilliklər təcrübəsinə əsaslanıb.
Qeyd edək ki, bu gün ABŞ ordusu Karakasa zərbə endirib və ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.