AZ

Azərbaycan Ordusu Şuşaya çatanda Çaykəndi ələ keçirirdiniz... Köçəryan

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Ruslar iki gün ərzində bütün bir yarımadanı (Krım – red.) ələ keçirdi. Yaxud da NATO-nun burnunun dibindəki Kosovo hava limanını tutdu. İndi də ABŞ iki saat ərzində bir prezidenti oğurlayır”.

Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Tiqran Köçəryan yazıb.

O bildirib ki, dünyada ildırımsürətli proseslərin getdiyi bir vaxtda Ermənistan hökuməti və ictimaiyyəti yerində saymağa davam edir:

“Ruslar Ukraynaya girib, Kiyevin ətrafına çatıb və sonra uzunmüddətli müharibə aparır.

ABŞ İraq generallarına rüşvət verərək İraqı ələ keçirdi.

ABŞ İran generalı Qasım Süleymanini öldürdü, ruslar dünyanın hər yerində çeçen komandirlərini və ya yəhudi oliqarxlarını vurdu.

İndi sual: əziz mütəxəssislər, xüsusən də Qərbi pulla sevənlər və Amerika blitskriqinin pərəstişkarları!

Bəs siz necə düşünürsünüz?

44 günlük müharibə zamanı özünüzü və analitiklərinizi xatırlayın. Azərbaycan Ordusu Şuşanın ətrafında olanda siz guya Getaşeni (Çaykənd – red) ələ keçirirdiniz”.

T.Köçəryan ermənilərə çağırış edib:

“Bir sözlə, sakit durun. Gedin donuz budunu gəmirin, çünki lideriniz hələ ki Bakının tələbi ilə bunu qadağan etməyib”.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
92
50
globalinfo.az

10Mənbələr