Venesuela prezidenti Nikolas Maduronun olduğu ehtimal edilən təyyarə Nyu-Yorka enib.
Publika.az xəbər verir ki, bu barədə "Flightradar24" xidməti məlumat yayıb.
Məlumata görə, "Boeing 757-223" tipli təyyarə Quantanamo hərbi bazasından havaya qalxıb. Təyyarənin qeydiyyat nömrəsi ilə bağlı məlumatlar mövcud deyil.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, ABŞ hərbçiləri Maduronu əvvəlcə Nyu-Yorka gətirəcək, bundan sonra isə ABŞ hakimiyyəti onun həyat yoldaşı ilə birlikdə məhkəmə qarşısına harada çıxarılacağına - Mayamidə, yoxsa Nyu-Yorkda - qərar verəcək.
ABŞ lideri vurğulayıb ki, Maduro "Cartel de los Soles" adlı narkokartelə rəhbərlik edib. Onun sözlərinə görə, Venesuela lideri artıq “prezident deyil” və hakimiyyətin təhvil verilməsinədək ölkənin idarə olunması ABŞ tərəfindən həyata keçiriləcək.