Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.
Venesuela prezidenti Nikolas Maduro Bruklində (Nyu-York) yerləşən sərt rejimli təcridxanaya aparılıb.Demokrat.az-ın xəbərinə əsasən bunu əks etdirən videogörüntülər və fotolar yayılıb. Sözügedən videoda Nikolas Maduro boz geyimdə, əlləri qandallı vəziyyətdə görüntülənib. Onu 10 nəfərdən çox qara geyimli federal agentin müşayiət etdiyi görünür.Görüntülərdə Nikolas Maduronun axsadığı aşkar görünür, böyük ehtimalla bu, onun saxlanılarkən xəsarət aldığına görədir.Bundan əvvəl isə Maduronun və həyat yoldaşı Siliya Floresin olduğu təyyarə Nyu-Yorkda yerləşən Stüart Hərbi Hava Qüvvələri Milli Qvardiya bazasına enmişdi. Venesuela liderinin gələn həftə Manhettendə federal məhkəmə qarşısına çıxardılacağı gözlənilir.Xatırladaq ki, Maduro və həyat yoldaşı ABŞ-nin “Delta” Xüsusi Qüvvələri tərəfindən ələ keçirilib. ABŞ Prezidenti Donald Tramp sosial media platforması "Truth Social"da bununla bağlı belə yazmışdı: "Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri, prezident Nikolas Maduroya qarşı böyük bir hücuma uğurla başladı. Maduro isə həbs olunaraq həyat yoldaşı ilə birlikdə ölkədən çıxarıldı". (savashmedia)
pic.twitter.com/2aVgPEH8kw
— Newsfeed (@Newsfeed883920) January 4, 2026
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.