BAKI, 4 yanvar. TELEQRAF
ABŞ-nin Venesueladakı əməliyyatı nəticəsində azı 40 nəfər həlak olub.
Teleqraf xəbər verir ki, "The New York Times" ABŞ-nin Venesuelada keçirdiyi hərbi əməliyyat nəticəsində azı 40 nəfərin, o cümlədən mülki şəxslərin öldüyünü yazıb.
Məlumata görə, nəşr bu barədə Venesuela rəsmisinə istinadla məlumat yayıb. Bildirilir ki, şənbə günü həyata keçirilən hücumlar zamanı həm mülki şəxslər, həm də hərbçilər arasında itkilər qeydə alınıb.