Gürcüstanın İmereti bölgəsində yerləşən məşhur Prometey və Satapliya mağaraları müvəqqəti olaraq ziyarətçiləri qəbul edə bilməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Qorunan Ərazilər Agentliyi məlumat verib.
Turistlərin buraya buraxılmamasının səbəbi onların təhlükəsizliyidir — bölgədə qar yağıb.
Agentlik qeyd edir ki, yağış və qarın əriməsi zamanı su səviyyəsinin yüksəlməsi təbii və mövsümi haldır.
Qeyd edək ki, Gürcüstanda 13 dövlət qorunan ərazi, 10 milli park, 41 təbii abidə və 2 qorunan landşaft mövcuddur.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta