AZ

Güclü külək Batumi hava limanında problemlər yaradıb

Tbilisi, 4 yanvar, AZƏRTAC

Güclü külək Batumi Beynəlxalq Aeroportunda ciddi problemlər yaradıb.

AZƏRTAC Acarıstan televiziyasına istinadla xəbər verir ki, Batumi aeroportu dekabrın 4-də güclü külək səbəbindən 3 beynəlxalq və 1 yerli reysi qəbul edə bilməyib.

Reyslərdən 3-ü Kutaisi aeroportuna yönləndirilib.

Batumi aeroportunun rəsmi saytının məlumatına görə, bu gün hava limanı Təl-Əviv, Moskva, İstanbul və Nataktaridən reyslər qəbul etməli idi.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
109
11
azertag.az

10Mənbələr