AZ

Cənubi Koreya Prezidenti Çində səfərdədir

Koreya Respublikasının Prezidenti Li Cemyön Çin Xalq Respublikasına (ÇXR) dövlət səfərinə gəlib.

AZƏRTAC xəbər verir ki, səfər ÇXR Sədri Si Cinpinin dəvəti ilə baş tutub. Bu, Li Cemyönün prezident vəzifəsində Çinə ilk səfəridir. Yanvarın 7-dək davam edəcək səfər zamanı Cənubi Koreya lideri paytaxt Pekin ilə yanaşı, Çinin maliyyə mərkəzi olan Şanxaya da baş çəkəcək.

Cənubi Koreya mediasının məlumatına görə Çin lideri Si Cinpin, habelə Baş nazir Li Çian, qanunverici orqanın rəhbəri Cao Lıci ilə görüşlərdə əsasən ikitərəfli iqtisadi əlaqələr, regional məsələlər, o cümlədən Şimali Koreya mövzusu müzakirə olunacaq. Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığa dair 10-a yaxın sənədin imzalanması gözlənilir.

Dövlət başçısını səfərdə böyük biznes nümayəndə heyəti müşayiət edir. Məqsəd Pekində keçiriləcək Çin-Koreya iqtisadi forumunda iştirak etmək, habelə süni intellekt, yaşıl enerji, təchizat zənciri, turizm də daxil olmaqla müxtəlif sahələr üzrə əməkdaşlığı genişləndirmək üçün müzakirələr aparmaqdır.

Seçilən
75
49
yeniazerbaycan.com

10Mənbələr