AZ

KXDR hipersəsli raketlərin sınaqlarını keçirib

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Koreya Xalq Demokratik Respublikasında hipersəsli raketlərin buraxılışı üzrə təlimlər keçirilib.APA xəbər verir ki, bu barədə KXDR-in Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Məlumata görə, təlimlər hipersəsli silah sisteminin döyüş hazırlığının qiymətləndirilməsi, tapşırıqları yerinə yetirmə qabiliyyətinin yoxlanılması və raket bölmələrinin atəş hazırlığının sınaqdan keçirilməsi məqsədi daşıyıb.Tədbirlər həmçinin ölkənin çəkindirmə qüvvələrinin davamlılığı, səmərəliliyi və çevikliyinin əməliyyat baxımından qiymətləndirilməsi çərçivəsində həyata keçirilib.

Təlimləri KXDR lideri Kim Çen In şəxsən izləyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
69
14
apa.az

10Mənbələr