AZ

Güclü külək Batumi hava limanında problemlər yaradıb

Güclü külək Batumi Beynəlxalq Aeroportunda ciddi problemlər yaradıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Batumi aeroportu dekabrın 4-də güclü külək səbəbindən 3 beynəlxalq və 1 yerli reysi qəbul edə bilməyib.

Reyslərdən 3-ü Kutaisi aeroportuna yönləndirilib.

Batumi aeroportunun rəsmi saytının məlumatına görə, bu gün hava limanı Təl-Əviv, Moskva, İstanbul və Nataktaridən reyslər qəbul etməli idi.

Seçilən
93
25
sia.az

10Mənbələr