Güclü külək Batumi Beynəlxalq Aeroportunda ciddi problemlər yaradıb.
“İki sahil” Acarıstan televiziyasına istinadla xəbər verir ki, Batumi aeroportu dekabrın 4-də güclü külək səbəbindən 3 beynəlxalq və 1 yerli reysi qəbul edə bilməyib.
Reyslərdən 3-ü Kutaisi aeroportuna yönləndirilib.
Batumi aeroportunun rəsmi saytının məlumatına görə, bu gün hava limanı Təl-Əviv, Moskva, İstanbul və Nataktaridən reyslər qəbul etməli idi.