AZ

Karvahal yaşıl meydanlara qayıdır

Qol.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Karvahal yaşıl meydanlara qayıdır

"Real"ın ulduz futbolçusu Dani Karvahal başqa klublardan təkliflər alsa da, Madrid təmsilçisindən ayrılmağı planlaşdırmır.

QOL.az xəbər verir ki, "AS" nəşrinin məlumatına görə, 33 yaşlı futbolçunun bu yaxınlarda Qətərə səfər etməsi transfer danışıqları aparması kimi qiymətləndirilsə də, səfərin məqsədi fərqli olub. Bildirilir ki, Karvahal "Real"ın sabiq hücumçusu, hazırda Qətərdə çıxış edən Xoselu və onun ailəsini ziyarət etmək üçün bu ölkəyə yollanıb. Təcrübəli müdafiəçi sərfəli təkliflərə baxmayaraq heç bir klubla danışıqlar aparmayıb.

Qeyd olunur ki, 2025-ci ilin oktyabrında sağ dizindən zədələnən Karvahal artıq komanda ilə məşqlərə başlayıb. Onun İspaniya Superkubokunun yarımfinalında "Atletiko"ya qarşı keçiriləcək derbidə meydana çıxmaq ehtimalı yüksək qiymətləndirilir.

Xatırladaq ki, Dani Karvahalın "Real"la mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
128
28
qol.az

10Mənbələr