AZ

İki aydan sonra sıraya döndü

Daniel Karvaxal ilə bağlı sevindirici xəbər yayılıb.

“Real”ın sağ cinah müdafiəçisi və kapitanı zədəsini sağaldıb. 33 yaşlı futbolçu artıq komanda ilə məşqlərə başlayıb. Onun İspaniya Superkubokunda iştirak edə biləcəyi açıqlanıb. “Real” yanvarın 8-də yarımfinalda “Atletiko” ilə qarşılaşacaq.

Xatırladaq ki, Daniel 2025-ci ilin oktyabr ayının sonunda sağ diz oynağından zədə almışdı. O, bu mövsüm bütün yarışlarda 8 matça çıxıb.

Seçilən
109
2
football-plus.az

10Mənbələr