AZ

Amerikalı senator Azərbaycanla əlaqələrin xüsusi əhəmiyyət daşıdığını vurğuladı

BAKI, 4 yanvar. TELEQRAF

"ABŞ ilə Azərbaycan nümayəndələri arasında görüşlər əlaqələrin genişləndirilməsində səmərəlidir".

Teleqraf xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü Markveyn Mallin yanvarın 4-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşündə deyib.

M.Mallin qarşılıqlı səfərlərin, müxtəlif formatlarda keçirilən görüşlərin əlaqələrimizin genişləndirilməsində səmərəli olduğunu vurğulayıb.

Zakir Həsənov isə Azərbaycan ilə ABŞ arasında əlaqələrin mövcud vəziyyətindən razılığını ifadə edib, bu əlaqələrin ölkələrimiz üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

Görüşdə həmçinin Azərbaycanla ABŞ arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti, yeni imkanları və inkişaf perspektivləri müzakirə olunub, həmçinin qarşılıqlı maraq doğuran bir çox digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Seçilən
112
12
teleqraf.com

10Mənbələr