Qol.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Levante" uzun illərin məğlubiyyət seriyasına son qoydu
İspaniya La Liqasının 18-ci turunda "Sevilya" və "Levante" komandaları üz-üzə gəlib.
QOL.az xəbər verir ki, Sevilyada baş tutan qarşılaşmada gözlənilməz nəticə qeydə alınıb. Meydan sahibləri autsayder "Levante"yə 0:3 hesabı ilə məğlub olublar.
4 yanvar
"Sevilya" - "Levante" - 0:3
Qollar: İ.Losada, 45+2, C.Espi, 77, C.Alvares, 90+4
Məlumata görə, bu qələbə qonaq komanda üçün tarixi seriyanın sonu olub. Belə ki, "Levante" təxminən 12 ildən sonra ilk dəfə "Sevilya"nı səfərdə məğlub etməyi bacarıb. Sonuncu dəfə belə nəticə 2014-cü il yanvarın 25-də qeydə alınmışdı. O vaxtdan bəri tərəflər arasında "Ramon Sançes Pisxuan" stadionunda keçirilən oyunlarda üstünlük adətən meydan sahiblərində olub və yalnız bir dəfə heç-heçə qeydə alınıb.
Qeyd edək ki, bu qələbə ilə 3 xal qazanan "Levante" növbəti turda "Espanyol"la qarşılaşacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.