AZ

Nigeriyada gəmi aşdı: 25 nəfər öldü

BAKI, 4 yanvar. TELEQRAF

Nigeriyanın şimal-şərqində, Yobe ştatında sərnişin gəmisinin aşması nəticəsində 25 nəfər həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə Anadolu Ajansı məlumat verib.

Yobe ştatının Fövqəladə Halların İdarəetmə Agentliyinin baş katibi Məhəmməd Godje bildirib ki, gəmi Yobe ştatından Jigava ştatına sərnişin daşıyarkən Nquruda çaya aşaraq yan tərəfə çevrilib.

O qeyd edib ki, hadisədən sonra 13 nəfər xilas edilib, lakin 14 nəfər hələ də itkin sayılır. Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir.

Qeyd edək ki, Nigeriyada gəmi qəzaları tez-tez baş verir və 10 sentyabr 2025-ci ildən ölkə üzrə lisenziyasız gəmilərin istismarı qadağan edilib.

Seçilən
109
39
teleqraf.com

10Mənbələr