Ajans.az xəbər verir ki, bu barədə Ukraynanın Prezident Administrasiyasının saytında məlumat yayılıb. Onların əksəriyyəti Rusiya Federasiyasının vətəndaşları və sakinləridir. Məlumatda qeyd olunur ki, sanksiyalar Rusiya dövlət müdafiə müqavilələrinə və onun müdafiə-sənaye kompleksinin fəaliyyətinə xidmət göstərən fiziki şəxsləri və şirkətləri hədəf alır. Xüsusilə, bunlara Rusiya hərbi-sənaye kompleksi və təhlükəsizlik qurumları üçün rabitə, elektron müharibə və mikroelektronika sahələrində məhsullar istehsal edən və təchiz edən müəssisələr və onların rəhbərləri daxildir.