ain.az bildirir, Demokrat.az portalına istinadən.
Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının 95 fiziki şəxsə və 70 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq etmək qərarını həyata keçirən fərman imzalayıb.Demokrat.az xəbər verir ki, bu barədə Ukraynanın Prezident Administrasiyasının saytında məlumat yayılıb.Onların əksəriyyəti Rusiya Federasiyasının vətəndaşları və sakinləridir.Məlumatda qeyd olunur ki, sanksiyalar Rusiya dövlət müdafiə müqavilələrinə və onun müdafiə-sənaye kompleksinin fəaliyyətinə xidmət göstərən fiziki şəxsləri və şirkətləri hədəf alır.Xüsusilə, bunlara Rusiya hərbi-sənaye kompleksi və təhlükəsizlik qurumları üçün rabitə, elektron müharibə və mikroelektronika sahələrində məhsullar istehsal edən və təchiz edən müəssisələr və onların rəhbərləri daxildir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.