AZ

Fabio Kapello: “İnter” daha çox hesabı qorumağa oynayır” – ARENA.AZ

İtaliyalı məşhur futbol mütəxəssisi Fabio Kapello A Seriyasında uğurlu mövsüm keçirən “İnter”in çıxışı haqda qənaətini açıqlayıb.

Arena.az italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“İnter” praqmatik olur. Onlar daha çox hesabı qorumağa oynayırlar”, deyə Fabio vurğulayıb.

Fabio Kapello futbola bağlı maraqlı açıqlaması ilə də gündəmə gəlib. 79 yaşlı qocaman mütəxəssisin müvafiq açıqlamasını təqdim edirik:

“Futbol sadə mövzudur: hücumçular qollar vurmalı, qapıçılar isə qurtarışlar etməlidirlər”, deyə o, qısaca, amma dahiyənə vurğulayıb.

Xatırladaq ki, “İnter” İtaliya A Seriyasının 2025/2026-cı illər mövsümündə 16 oyuna topladığı 36 xalla 3-cü pillədə qərarlaşıb. Kristian Kivunun rəhbərlik etdiyi komanda çempionat çərçivəsində keçirdiyi 16 oyunda 12 qələbə qazanıb, 4 məğlubiyyətə üzülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
106
47
arena.az

10Mənbələr